Deputatdan TƏKLİF: “Evin tək uşaqları cəbhəyə göndərilməsinlər”

Deputatdan TƏKLİF: “Evin tək uşaqları cəbhəyə göndərilməsinlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda təkuşaqlı ailələrdəki oğlanlar müharibəyə göndərilməməlidir”.

TİA.AZ-ın məlumatına əsasən, bunu deputat Sabir Rüstəmxanlı Milli Məclisin İctimai birliklər və dini qurumlar, Mədəniyyət, Elm və təhsil, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri komitələrinin birgə iclasında 2023-cü ilin büdcə sənədlərinin müzakirəsi zamanı deyib.

“Onsuz da Azərbaycanda ailələrdə uşaqların sayı ildən-ilə azalır. Ona görə də, təkuşaqlı ailələrdəki oğlanları döyüşlərə, cəbhəyə aparmaq lazım deyil. Vətən müharibəsində bəziləri aparıldı, amma bu, düzgün deyildi”, – deyə Sabir Rüstəmxanlı əlavə edib.