Deputat prezidenti tənqid etdi: “Yeni liderimiz öldürülənə qədər danışıq aparmaq istəıyirsiz?”

Deputat prezidenti tənqid etdi: “Yeni liderimiz öldürülənə qədər danışıq aparmaq istəıyirsiz?”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti Məsud Pezeşkian bir neçə gün əvvəl çıxışında ABŞ-la danışıqlar aparmağın zəruri olduğunu bildirib.

Tribuna.az xəbər verir ki, o, “danışıqlar aparmasaq, nə edəcəyik?” deyib.

İran parlamentinin deputatı Əmir Hüseyn Sabeti Pezeşkianın bu fikrini sərt tənqid edib. “Əvvəlki vaxtlarda danışıqlar masasının ortasında müharibə olmayıbmı? Deməli, müharibə başlayana və yeni liderimiz öldürülənə qədər danışıqlar aparmaq istəyirsiniz?”

Sabeti daha sonra vurğulayıb ki, İran xalqı danışıqların əleyhinədir. “Əgər bu gün İran xalqının əksəriyyəti Amerika ilə danışıqlara qarşı çıxırsa, bu, onların ağlının olması və tarixdən dərs çıxarması ilə bağlıdır”.

Deputat sonda vurğulayıb ki, təkrarlanan yol İrana fayda verməyəcək. “Ölkəni idarə etməyin yolu korrupsiya və israfçılıqla mübarizə aparmaqdır, 199 başqa ölkəni tərk edib Amerikanı cəlb etmək deyil”.

Fərda Uğur