DÇ-də sürpriz – Belçika qrupda qaldı

DÇ-də sürpriz – Belçika qrupda qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xorvatiya millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 finala vəsiqə qazanıb.

F qrupunun III turunda Belçika ilə qolsuz heç-heçə edən Zlatko Daliçin rəhbərlik etdiyi kollektiv xallarını 5-ə çatdıraraq ikinci yerin sahibi kimi növbəti mərhələyə adlayıb.

4 xalı olan “qırmızı şeytanlar” isə mundialla vidalaşıb.

Qeyd edək ki, daha əvvəl Fransa, Avstraliya, Niderland, Seneqal, İngiltərə, ABŞ, Portuqaliya, Braziliya, Argentina və Polşa yığmaları 1/8 finala yüksəliblər.