DÇ-2026: Fransadan darmadağın

DÇ-2026: Fransadan darmadağın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı il dünya çempionatının qrup mərhələsində I qrupunun Norveç – Fransa oyunu başa çatıb.

Tribuna.az xəbər verir ki, qarşılaşma Fransa millisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Norveçin yeganə qolunu 21-ci dəqiqədə Teo Oasqard vurub. Fransa millisində Usman Dembele het-trik edib. O, 7, 20 və 32-ci dəqiqələrdə fərqlənib. Komandanın digər qoluna isə 80+4-cü dəqiqədə Desire Due imza atıb.

Bu nəticədən sonra Fransa I qrupunda xalını 9-a çatdıraraq lider olub. Norveç isə 6 xalda qalıb.