DÇ-2026: Braziliyadan darmadağın, Mərakeş 2-ci oldu

DÇ-2026: Braziliyadan darmadağın, Mərakeş 2-ci oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə dünya çempionatında Braziliya Şotlandiyanı məğlub edib.

 Tribuna.az-ın məlumatına görə, Mayami stadionunda keçirilən C qrupunun III turunun matçında Cənubi Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyib.

“Sambaçılar”ın heyətində Vinisius (7, 45+3) dubl edib. Yekun nəticəni isə Mateus Kunya (60) müəyyənləşdirib.

Braziliya seçməsi C qrupunu 7 xalla lider kimi başa vurub. Şotlandiya isə 3 xalla üçüncü olub.

Qrupun digər oyununda Mərakeş Haitini məğlub edib. Atlanta stadionunda keçirilən matçda Afrika təmsilçisi 4:2 hesablı qələbəyə sevinib.

Mərakeşin heyətində Əşrəf Hakimi (39), İsmael Sayberi (45+1), Sufiyan Rahimi(78) və Casim Yasin (89) qol vurublar. Haitidə isə Lenni Jozef (10) və Vilson İzidor (43) dəqiq oynayıblar.

Bu qələbə sayəsində Mərakeş 7 xalla C qrupunu ikinci tamamlayıb. Xalsız olan Haitinin isə qrupdan çıxmayacağı daha əvvəldən dəqiqləşmişdi.