Bu gün Qətərdə keçirilən DÇ-2022-nin qalibi bəlli olacaq.
Tribuna.az xəbər verir ki, finalda son çempion Fransa millisi ilə Argentina üz-üzə gəlir.
“Lusail” stadionunda keçirilən və polşalı referi Şimon Marçinyakın idarə etdiyi oyun Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
Qeyd edək ki, həm Fransa, həm də Argentina millisi ikiqat dünya çempionudur.
Xatırladaq ki, DÇ-2022-nin bürünc medalçısı Xorvatiya olub.
18 dekabr
DÇ-2022, Final
19:00. Argentina – Fransa – 3:3 (Penaltilər seriyası – 4:2)
Qollar: Lionel Messi, 13-pen.(1:0), Di Mariya, 36 (2:0), Kilian Mbappe, 80-pen. (2:1), 82 (2:2), Lionel Messi, 109 (3:2), Kilian Mbappe, 118-pen. (3:3)
Penaltilər seriyası
Argentina + + + +
Fransa + – – +
Baş Hakim Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu









