DÇ-2022-də II tura yekun vurulur

DÇ-2022-də II tura yekun vurulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Qətərdə təşkil olunan dünya çempionatının qrup mərhələsində II tura yekun vurulacaq.

Tribuna.az-ın məlumatına görə, G və H qruplarında ümumilikdə 4 oyun keçiriləcək.

Günün ilk matçı G qrupunda Kamerun və Serbiya yığmaları arasında olacaq. Bu qrupun digər görüşündə isə Braziliya İsveçrəni sınağa çəkəcək.

H qrupunda Cənubi Koreya Qana ilə, Portuqaliya isə Uruqvayla münasibətlərinə aydınlıq gətirəcək.

DÇ-2022
Qrup mərhələsi, II tur

G qrupu

 

14:00. Kamerun – Serbiya
20.00. Braziliya – İsveçrə

 

Xal durumu: Braziliya – 3, İsveçrə – 3, Kamerun – 0, Serbiya – 0.

 

H qrupu

17:00. Cənubi Koreya- Qana
23:00. Portuqaliya – Uruqvay

Xal durumu: Portuqaliya – 3, Uruqvay – 1, Cənubi Koreya – 1, Qana – 0

 

Qeyd edək ki, hələlik yalnız Fransa millisi pley-offa vəsiqəni təmin edib