Davudoğlu siyasətdən getdi

Davudoğlu siyasətdən getdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin sabiq Baş naziri və Gələcək Partiyasının sədri Əhməd Davudoğlu siyasətdən getdiyini açıqlayıb.

Tribuna.az xəbər verir ki, o bu barədə sosial şəbəkə hesablarında paylaşım edib.

Məsələ ilə bağlı yazılı bəyanat yayan 67 yaşlı Ə.Davudoğlu Gələcək Partiyasının fəaliyyətinə də son verildiyini bildirib.

Xatırladaq ki, Əhməd Davudoğlu 2014-2016-cı illərdə Ədalət və İnkişaf Partiyasının sədri və ölkənin Baş naziri olub. 2016-cı ildə postundan istefa verən siyasətçi 2019-cu ildə Gələcək Partiyasını təsis etmişdi.