Daşıma şirkətinin rəhbəri tərəfdaşlarından şikayətçi oldu

Daşıma şirkətinin rəhbəri tərəfdaşlarından şikayətçi oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda fəaliyyət göstərən karqo şirkətinin rəhbərliyinə qarşı iddia irəli sürülüb.

“Qafqazinfo” xəbər verir ki, “Yes Logistics” MMC-nin direktoru, 1994-cü il təvəllüdlü Aydın Qarayev hüquq-mühafizə orqanlarına müraciət edərək tərəfdaşlarından şikayətçi olub.

O bildirib ki, Bakı beynəlxalq hava limanında yerləşən “Carry Express” MMC-yə məxsus yükləri daşıyıblar və buna görə qarşı tərəfin onlara 34 min manata yaxın borcu yaranıb.

A.Quliyevin iddiasına görə, “Carry Express” şirkətinin rəhbərləri – Naxçıvan sakini, 1994-cü il təvəllüdlü Mahir Bağırov və 1991-ci il təvəllüdlü Arzu Abdullayev həmin pulu ona qaytarmaqdan imtina ediblər.

Şirkət direktorunun müraciəti əsasında araşdırma başlanılıb.

Qeyd edək ki, hazırda “Carry Express” şirkətinin saytı işləmir və istifadəçilərə sifarişləri dayandırmaq təlimatı verilib.