İranın xarici işlər naziri Abbas Araqçi ABŞ və İsrailin hücumları zamanı yaşadıqlarından danışıb.
Tribuna.az xəbər verir ki, Araqçi hücumun baş verdiyi səhər Ali Rəhbər Əli Xameneinin baş katibinin müavini Hicaziyə məlumat verdiyini bildirib.
Onun sözlərinə görə, bina bir neçə saniyə ərzində ard-arda üç partlayışla silkələnib.
“Üçüncü partlayışdan sonra tavan, divarlar, hər şey üzərimizə çökdü. Hicazinin əlindən tutdum və dağıntılar arasından irəliləməyə çalışdıq”, – deyə Araqçi bildirib.
İranlı nazir qeyd edib ki, düşmən rəhbər heyəti hədəfə alaraq ölkəni iflic edəcəyini düşünüb, lakin buna nail ola bilməyib.
Araqçi həmçinin rəsmi avtomobilinin də vurulduğunu, Xarici İşlər Nazirliyinə isə yoldan keçən bir nəfərin köməyi ilə çatdığını deyib.
Musavat.com









