ÇİNDƏN TAYVAN-ABŞ GÖRÜŞÜNƏ REAKSİYA: “TAYVANI İSTİFADƏ ETMƏYİ DAYANDIRIN”

ÇİNDƏN TAYVAN-ABŞ GÖRÜŞÜNƏ REAKSİYA: “TAYVANI İSTİFADƏ ETMƏYİ DAYANDIRIN”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tayvan prezidenti Tsay İnq-ven Kaliforniyada ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Kevin Makkarti ilə görüşüb.

Tribuna.az HaberGlobal-a istinadən xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin görüşlə bağlı açıqlamasında “Biz Tayvanı Çini mühasirəyə almaq üçün ondan istifadəni dayandırmağa çağırırıq” deyib.

Çin Xarici İşlər Nazirliyindən verilən açıqlamada ABŞ-ın Tayvanla qeyri-rəsmi əlaqələr saxlamaq vədini yerinə yetirmədiyi vurğulanıb. “Birləşmiş Ştatlar Tayvanla yalnız qeyri-rəsmi münasibətləri saxlamağa açıq şəkildə söz verib. Bununla belə, o, uzun müddət ərzində üzərinə götürdüyü öhdəlikləri pozaraq, xətti keçməyə və Tayvanla rəsmi mübadilələrdə, Tayvana silah satışında, hərbi əlaqələrdə və Tayvana beynəlxalq məkanını genişləndirməkdə kömək etməkdə təxribat törətməyə davam etdi. Çin öz milli suverenliyini və ərazi bütövlüyünü müdafiə etmək üçün qəti və güclü tədbirlər görəcək. Biz istəyirik ki, ABŞ tərəfi bir daha bir Çin prinsipinə əməl etsin, ABŞ və Tayvan arasında hər hansı rəsmi mübadilələri dərhal dayandırsın, maddi münasibətləri inkişaf etdirməyi dayandırsın, Tayvan boğazında gərginliyə son qoysun.