Tayland qoşunları Kambocada Çin istehsalı olan ən son ATGM-ləri ələ keçirib. Tribuna.az xəbər verir ki, söhbət idarəetmə və buraxılış blokları olan 5-ci nəsil uzunmənzilli “GAM-102LR”-dən gedir.
Məlumatda qeyd edilir ki, bu, Kamboca ordusunun bu tip raket sistemləri ilə silahlandığına dair ilk təsdiqdir. “Əvvəllər Kambocanın arsenalında GAM-102LR komplekslərinin olması barədə heç bir ictimai məlumat yox idi. Lakin, Pnompenin Pekinlə sıx hərbi-texniki əlaqələri nəzərə alınmaqla, bu cür yüksək texnologiyalı sistemlərin meydana çıxması təəccüblü deyil”.
O da vurğulanır ki, Kamboca ordusu uzun müddətdir ki, Çin istehsalı olan PF-89, Type 69 tank əleyhinə qumbaraatanlardan, eləcə də bir sıra portativ zenit-raket sistemlərindən istifadə edir.
Fərda Uğur









