CHP qurultayı ilə bağlı əməliyyat: 13 nəfər SAXLANILDI

CHP qurultayı ilə bağlı əməliyyat: 13 nəfər SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbul Baş Prokurorluğu tərəfindən CHP-nin “tamamilə etibarsızlıq qərarı” ilə ləğv edilən 38-ci Adi Qurultayı ilə bağlı aparılan istintaqda 7 əyalətdə 13 nəfər saxlanılıb.

 Tribuna.az xəbər verir ki, ittihamların “Siyasi Partiyalar Qanununun pozulması”, “rüşvət alma” və “cinayət yolu ilə əldə edilmiş aktivlərin yuyulması” olduğu bildirilir.

Əməliyyat çərçivəsində İstanbul, Ankara, İzmir, Şanlıurfa, Kahramanmaraş, Kilis və Malatyada eyni vaxtda reydlər keçirilib.

Ünvanlarda axtarış və müsadirə əməliyyatları aparılıb. İstintaqın davam etdiyi məlum olub.