Cəza dəstələri küçələrdə qalıb: onları ələ salırlar

Cəza dəstələri küçələrdə qalıb: onları ələ salırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ və İsrailin İrana hücumu zamanı əsas hədəflərdən biri də Bəsic, SEPAH və digər cəza dəstələrinin yerləşdiyi mərkəzlərdir.

Tribuna.az xəbər verir ki, dünən Tehrandakı Bəsic təşkilatının mərkəzi qərargahı darmadağın edilib.

Rəsmi məlumatlara görə, bazada xeyli sayda Bəsic üzvü olub. Yaralı və meyidləri daşımaq üçün əraziyə 100-dən çox ambulansın cəlb edildiyi bildirilir.

İşin maraqlı tərəflərdən biri də odur ki, hərbi hissələri dağıdılan bu cəza dəstələrinin üzvləri nə edəcəklərini bilmirlər. Elə bu səbəbdən də qalmaq üçün yer axtarmaq məcburiyyətində qalıblar. Əksəriyyət isə iri şəhərlərdə gündüzlər küçələrə veyillənməli olur. Hətta iş o yerə çatıb ki, insanlar onları küçədə görərək, ələ salırlar.

Fərda Uğur