Məşhur amerikalı müğənni və aktrisa Cennifer Lopezin övladı ilə bağlı yeni iddialar gündəmə gəlib.
Tribuna.az xəbər verir ki, 56 yaşlı sənətçinin üçüncü həyat yoldaşı, Marc Anthony ilə nikahından dünyaya gələn 18 yaşlı əkiz övladları Max və Emme Muniz var.
Cennifer Lopez bir neçə il əvvəl səhnədə çıxışı zamanı Emme haqqında “they” (onlar) əvəzliyindən istifadə edərək övladının özünü qeyri-binar şəxs kimi tanıdığını ictimaiyyətə açıqlamışdı.
İndi isə “Daily Mail”in yaydığı məlumata görə, əkizlərin məzuniyyət mərasimində əvvəllər Emme kimi tanınan gəncin artıq kişi adı istifadə etdiyi diqqət çəkib.
İddialara əsasən, o, hazırda “Oskar Muniz” adından istifadə edir və özünü kişi olaraq ifadə edir.
Cennifer Lopez isə övladının adını dəyişdiyi və ya gender kimliyi ilə bağlı yayılan məlumatlara münasibət bildirməyib.
Qeyd edək ki, nə Lopez, nə də ailə üzvləri sözügedən iddiaları rəsmi şəkildə təsdiqləyiblər.
Gülşən Rəsul










