“Atletiko” klubu futbolçusu Joau Feliksin transferi ilə bağlı “Çelsi” klubu ilə anlaşıb.
Tribuna.az xarici mediaya istinadən xəbər verir ki, “zadəganlar” 24 yaşlı hücumçunu icarə əsasında transfer edəcək. Klublar arasında razılıq əldə olunub. “Çelsi” Madrid təmsilçisinə 11 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, 2019-cu ilin yayında 126 milyon avroya “Benfika”dan “Atletiko”ya keçən Joau Feliks bu mövsüm 14 matçda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.









