Çeçenistanda Fövqəladə Halların Qarşısının Alınması və Cavab Sisteminin məlumatına görə, bütün Çeçenistan Respublikasında pilotsuz uçuş aparatları ilə bağlı xəbərdarlıq elan edilib.
Tribuna.az xəbər verir ki, regionda mobil internet xidmətində də fasilələr yarana biləcəyi barədə məlumat verilib.
Federal Hava Nəqliyyatı Agentliyinin (Rosaviatsiya) nümayəndəsi Artem Korenyakonun sözlərinə görə, Qroznı hava limanı təyyarələrin gəlişi və enişinə məhdudiyyətlər qoyub. Bundan başqa, Vladiqafqaz və Maqas hava limanları da fəaliyyətini dayandırıb. Bu tədbirlər uçuşların təhlükəsizliyini təmin etmək üçün həyata keçirilib.
Dəniz Pənahova









