İsveçin müraciəti hələ Macarıstan və Türkiyə tərəfindən təsdiqlənməyib.
Tribuna.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib: “İsveç NATO-ya üzvlük üçün “bir sıra əlavə addımlar” atmalıdır, indikilər kifayət deyil”.
NATO-nun baş katibi Yens Stoltenberq Finlandiyanın üzvlük mərasimindən sonra bildirib ki, İsveç də Şimali Atlantika Müqaviləsinə qoşulmaq üçün bütün şərtləri yerinə yetirib. Öz növbəsində Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Ankaranın İsveçin NATO-ya üzvlüyünü təsdiqləməsi üçün terrorla mübarizə mühüm şərtdir.









