Camaat bunlardan pensiyaların artırılmasını gözləyir, bunlar isə…

Camaat bunlardan pensiyaların artırılmasını gözləyir, bunlar isə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Sosial Müdafiə Fondu (DSMF) bir gündə həm tender keçirib, həm də yeni tender elan edib.

Tribuna.az xəbər verir ki, keçirilən tenderin nəticəsi dünən açıqlanıb.

Məlum olub ki, Fond dəftərxana ləvazimatları alıb. “A4 OFİS” MMC ilə əldə olunmuş anlaşmaya əsasən qurum şirkətin hesabına 191 min 115 manat pul ödəyəcək.

Elan edilmiş tender isə təsərrüfat və elektrik mallarının satın alınması ilə bağlıdır. DSMF bu məqsədlə 129 min 814 manatlıq büdcə ayırıb.

Fərda Uğur