Bu xidmətlərə rüsum güzəştləri tətbiq ediləcək

Bu xidmətlərə rüsum güzəştləri tətbiq ediləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət rüsumları ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər bir sıra xidmətlər üzrə güzəştlərin tətbiqini və vətəndaşların rüsum yükünün azaldılmasını nəzərdə tutur.

Tribuna.az xəbər verir ki, bunu deputat Azər Əmiraslanov Milli Məclisin plenar iclasında dövlət rüsumları ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, layihədə şəxsiyyət vəsiqələrinin və sənədlərin rəsmiləşdirilməsi ilə bağlı bəzi hallarda dövlət rüsumundan azadolmalar nəzərdə tutulur. Həmçinin yerli və xarici investisiyalı kommersiya hüquqi şəxslərin elektron dövlət qeydiyyatının rüsumsuz həyata keçirilməsi təklif olunur.

Onun sözlərinə görə, layihədə bəzi baytarlıq xidmətləri üzrə rüsumlarla bağlı dəyişikliklər, eləcə də daşınmaz əmlaka dair sənədlərin müəyyən hallarda rüsumsuz verilməsi nəzərdə tutulur.

Azər Əmiraslanov qeyd edib ki, təklif olunan dəyişikliklər güzəştlərin vahid normativ hüquqi sənəddə toplanmasına, dövlət rüsumlarının idarə edilməsinin elektronlaşdırılmasına və vətəndaşlar üçün əlavə güzəştlərin yaradılmasına xidmət edir.