Bu tarixdə Günəş tam tutulacaq

Bu tarixdə Günəş tam tutulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2026-cı ilin ikinci və son Günəş tutulması avqustun 12-də baş tutacaq. Bu barədə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

 Tribuna.az xəbər verir ki, hadisə tam Günəş tutulması olacaq. Tam tutulma İslandiya, Qrenlandiya, İspaniya və Portuqaliyanın şimal-qərbi, eləcə də Atlantik okeanının şimal hissəsindən müşahidə ediləcək. Qismən tutulma isə Avropanın böyük hissəsində, Şimali Amerikanın bəzi ərazilərində, Sakit okeanın bir hissəsində və Afrikanın şimal-qərbində görünəcək.

Bakı vaxtı ilə tutulma saat 19:34-də başlayacaq və 23:57-də başa çatacaq. Təxminən 5 saat davam edəcək hadisənin tam tutulma mərhələsinin isə 7 dəqiqəyə yaxın sürəcəyi gözlənilir.