“Bu, Krım körpüsünün partladılmasına cavabdır” – Putin

“Bu, Krım körpüsünün partladılmasına cavabdır” – Putin

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Bu gün səhər saatlarında Ukrayna şəhərlərinin atəşə tutulması Kerç boğazındakı Krım körpüsündə törədilən terror aktına cavabdır”.
TİA.AZ  Rusiya KİV-ə istinadla xəbər verir ki, bunu Rusiya Prezidneti Vladimir Putin Təhlükəsizlik Şurasının operativ iclası zamanı bildirib.
“Bu gün səhər saatlarında Müdafiə Nazirliyinin təklifi və Rusiya Baş Qərargahının planlarına əsasən, yüksək dəqiqlikli uzaqmənzilli hava, dəniz və quru sistemləri ilə Ukraynanın energetika, hərbi komanda və kommunikasiya obyektlərinə zərblər endirilib.Əgər ərazilərimizdə terror aktları törətmək cəhdləri davam edərsə, Rusiyanın cavabları sərt və miqyas baxımından ölkəmizə olan təhdidlərin səviyyəsinə uyğun olacaq”, – Putin deyib.