“Bu, Kim Çen İn rejiminin sonu olacaq” – Pentaqon hədələdi

“Bu, Kim Çen İn rejiminin sonu olacaq” – Pentaqon hədələdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şimali Koreyanın ABŞ və ya müttəfiqlərinə qarşı nüvə hücumu Kim Çen İn rejiminin sonuun çatmasına gətirib çıxaracaq.
TİA.Az xəbər verir ki, bunu Pentaqonun rəhbəri Lloyd Ostin Cənubi Koreyanın Müdafiə naziri Li Çon Sopla görüşündə səsləndirilib.

“Birləşmiş Ştatlara, onun müttəfiqləri və tərəfdaşlarına qarşı hər hansı nüvə hücumu, o cümlədən qeyri-strateji nüvə silahlarından istifadə qəbuledilməzdir və Kim rejiminin sona çatması ilə başa çatacaq”, – deyə noyabrın 3-də ABŞ və Cənubi Koreyanın müdafiə nazirliklərinin görüşünün nəticələrinə dair Pentaqonun internet saytında dərc olunmuş press-relizdə deyilir.

Bəyanatda həmçinin qeyd olunub ki, ABŞ və Cənubi Koreya Şimali Koreyanın artan nüvə təhlükələrinə qarşı mübarizəni daha effektiv etmək üçün müxtəlif sahələrdə əməkdaşlığı gücləndirməyi planlaşdırır.
Qeyd edək ki, bundan əvvəl KXDR Yapon dənizinə doğru bir neçə ballistik raket atıb.
Cənubi Koreya Şimali Koreyanın bu addımına cavab olaraq üç raket buraxıb. Seul həmçinin “düşmənə dəqiq zərbə endirməyə” hazır olduğunu bəyan edib.