Bu kənddə hamı KOR doğulur – ARAŞDIRMA

Bu kənddə hamı KOR doğulur – ARAŞDIRMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhranın ortasında yerləşən bu kəndin sakinləri tamamilə kordur. Bölgə alimlərlə yanaşı səyyahların da diqqətini cəlb edib.

Tribuna.az hadisə ilə bağlı araşdırmanı təqdim edir:

Mavritaniyanın ucqar bölgəsində, səhranın 80 kilometr içində dünyanın ən qeyri-adi həyat tərzindən biri açılır. Əsrlər boyu davam edən genetik pozğunluq səbəbindən demək olar ki, bütün KƏND sakinləri kordur. Bu vəziyyət bölgəni həm elm adamlarının, həm də sənədli film çəkənlərin diqqətini çəkən nadir yaşayış məntəqələrindən birinə çevirib.

Elektrik enerjisinin, internetin, müasir həyatın ən əsas elementlərinin olmadığı bu kənddə həyat ənənəvi üsullarla davam edir. Kəndlilər əsasən xarici aləmdən təcrid olunmuş vəziyyətdə yaşayırlar və nəsillər boyu inkişaf etdirdikləri üsullardan istifadə edərək gündəlik həyatlarını davam etdirirlər. İcma həmrəyliyi həm də kəndliləri möhkəm saxlayır.

Kənddə genetik pozğunluğun mənşəyi ilə bağlı araşdırma aparan mütəxəssislər xəstəliyin nəsillər boyu davam etməsində bölgənin təcrid olunmuş təbiətinin rol oynadığını qeyd ediblər.

Dəniz Pənahova