Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq – Afişa

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq – Afişa

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün içərisində olduğumuz həftədə paytaxtda bir çox tamaşalar, konsertlər baş tutacaq.

Tribuna.az  sentyabrın 22-dən 26-dək olan müddətdə planlaşdırılan mədəniyyət tədbirlərindən bəzilərinin afişasını təqdim edir.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında:

Sentyabrın 23-də saat 19:00-da Cəlil Məmmədquluzadənin “Dəli yığıncağı” tamaşası göstəriləcək.

Biletlərin qiyməti: 8-15 manat.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Sentyabrın 24-də saat 19:00-da Şıxəli Qurbanovun “Sənsiz” tamaşası təqdim ediləcək.

Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.

Biletlərin qiyməti 10-20 manatdır.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Sentyabrın 25-də saat 19:00-da Cəlil Məmmədquluzadənin 1909-cu ildə yazdığı “Ölülər” tamaşası səhnələşdiriləcək.

Tragikomediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti Azər Paşa Nemətovdur.

Biletlərin qiyməti 10-20 manatdır.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Sentyabrın 26-da saat 19:00-da “LƏNG: Zamanla yarışan insan” tamaşası nəzərdə tutulub.

Quruluşçu rejissor Əməkdar artist Bəhruz Vaqifoğludur.

Biletlərin qiyməti: 10-25 manat.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Sentyabrın 27-də saat 19:00-da Xalq yazıçısı Elçinin “Baş” fəlsəfi romanı əsasında hazırlanan “Baş” tamaşası oynanılacaq.

Tarixi metafizik dram janrında olan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Biletlərin qiyməti: 10-25 manat.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı:

Sentyabrın 26-da saat 20:00-da Maqsud İbrahimbəyovun “Neft bumu hamıya gülümsəyir” tamaşası təqdim olunacaq.

Quruluşçu rejissor “Qızıl maska” mükafatı laureatı Konstantin Soldatovdur.

Biletlərin qiyməti: 12-15 manat.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Sentyabrın 27-də saat 19:00-da Ülviyyə Heydərovanın “İnanıram” tamaşası oynanılacaq.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir.

Biletlərin qiyməti: 8-15 manat.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Azərbaycan Dövlət Akademik Musiqili Teatrı:

Sentyabrın 24-də saat 19:00-da böyük fransız yazıçısı Viktor Hüqonun “Paris Notr-Dam kilsəsi” romanının motivləri əsasında hazırlanan “Paris Notr-Dama ithaf” tamaşası planlaşdırılıb.

Tamaşanın quruluşçu rejissoru və librettonun müəllifi Samir Qulamovdur.

Biletlərin qiyməti 10-20 manatdır.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Sentyabrın 25-də saat 19:00-da Ramiz Mirişli, Marat Haqverdiyevin “Amerikalı kürəkən” tamaşası baş tutacaq.

Musiqili komediya janrında olan tamaşanın quruluşçu rejissoru Xalq artisti İlham Namiq Kamaldır.

Biletlərin qiyməti: 8-15 manat.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Sentyabrın 25-də saat 19:00-da Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Mesenat” tamaşası olacaq.

Quruluşçu dirijor Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Biletlərin qiyməti: 10-20 manat.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Sentyabrın 27-də saat 19:00-da Samir Qulamovun eyniadlı pyesi əsasında “Bir nəfəs qədər” tamaşası oynanılacaq.

Quruluşçu rejissoru Samir Qulamovdur.

Biletlərin qiyməti 8-15 manatdır.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa

Heydər Əliyev Sarayı:

Sentyabrın 24-də saat 19-da 3 pərdəli, 5 şəkilli “Koroğlu” operası təqdim ediləcək.

Quruluşçu rejissor Əməkdar incəsənət xadimi Hafiz Quliyev, dirijor Əməkdar artist Əyyub Quliyevdir.

Biletlərin qiyməti 15-45 manat.

Bu həftə Bakıda maraqlı mədəni tədbirlər olacaq - Afişa