Keçmiş baş nazir Boris Conson isə hakim Mühafizəkarlar Partiyasında sədrlik uğrunda mübarizə apara bilməyəcəyini açıqlayıb
Rişi Sunak Böyük Britaniyanın baş naziri oldu.
İndiyədək 100-dən çox deputatın dəstəyini qazanan yeganə namizəd keçmiş maliyyə naziri Rişi Sunakdır.
Digər namizəd Penni Mordaunt deputatlardan dəstək ala bilmədiyi üçün Rişi Sunak Mühafizəkarlar Partiyasının sədri və Böyük Britaniyanın yeni baş naziri olub.
Keçmiş baş nazir Boris Conson isə hakim Mühafizəkarlar Partiyasında sədrlik uğrunda mübarizə apara bilməyəcəyini açıqlayıb.
B.Conson Mühafizəkarlar Partiyasının 357 millət vəkilindən 102-nin dəstəyini qazandığını, lakin namizədliyinin düzgün olmadığı qənaətinə gəldiyini deyib. Bununla belə indiyə qədər Consonu dəstəklədiyini açıq şəkildə ifadə edən 57 nəfər olub.









