“Bravo” supermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti AÇIQLANDI

“Bravo” supermarketə hücum zamanı güllə yarası alan şəxsin vəziyyəti AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Bakıda “Bravo” supermarketə hücum zamanı güllə yarası alan şəxs əməliyyat edilib.
Tribuna.az xəbər verir ki, bu barədə Sabunçu Tibb Mərkəzindən məlumat verilib.
Belə ki, 1990-ci il təvəllüdlü Şeydayev Ruslan Samir oğlu döş qəfəsinin deşilmiş yarası diaqnozu ilə mərkəzə yerləşdirilib.
O, cərrahi əməliyyat edildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Həkimlərin verdiyi məlumata görə, onun vəziyyəti qənaətbəxşdir.