Türkiyənin Zeytunburnu ilçəsində toyuna hazırlaşan gəlin özünü həkim kimi təqdim edən bir şəxsin evində üzünə botoks vurdurub.
Tribuna.az xəbər verir ki, üzünə edilən botoks iynəsi səbəbindən gəlinin bir gözünün qapağı aşağı enib. Göz qapağı qalxmayan qadın təcili həkimə müraciət edib. Məlum olub ki, gözündə yaranan problem 6 aydan tez düzəlməyəcək. Həkimlər hətta gözün daimi olaraq belə qala biləcəyini də bildiriblər.
Toyuna hazırlaşan gəlin üzünə botoks iynəsini vuran şəxsdən şikayətçi olub.
Nigar İxtiyarqızı












