BMT Baş Assambleyasının birinci komitəsində İsrailin nüvə arsenalına dair qətnamənin ilkin səsverməsi keçirilib.
TİA.AZ xəbər verir ki, səsvermənin nəticəsinə görə, İsrail nüvə silahından imtina etməli və atom infrastrukturunu AEBA-ya təhvil verməlidir.
İclasda iştirak edən dövlətlərdən 152-nin nümayəndəsi sənədin lehinə, 5 nəfər əleyhinə səs verib. 24 ölkə bitərəf qalıb.









