“Qalatasaray”ın uruqvaylı qapıçısı Fernando Musleranın dünya çempionatından sonra yığma kariyerasını bitirmək qərarını açıqlayacağı iddia edilir.
TİA.Az Türkiyənin spor.haber7.com saytına istinadən xəbər verir ki, 36 yaşlı qapıçı üçün 20 noyabrda başlayacaq dünya çempionatı son mundial ola bilər.
Qeyd edək ki, Muslera 2009-cu ildən Uruqvay millisinə dəvət alır. O, milli komanda ilə 85 oyuna çıxıb.
Nihat Kərimli
TİA.Az









