Rusiyanın Saratov şəhərində öldürülən 10 yaşlı qızın meyitində çoxsaylı yara və spirt yanıqları aşkar edilib.
Bakupost.az “Komsomolskaya pravda” nəşrinə istinadən xəbər verir ki, bu barədə Saratov hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
Qeyd edək ki, uşağın meyiti oktyabrın 13-də axşam saatlarında Batavina küçəsindəki mənzildə tapılıb. Saat 18:30 radələrində ana işdən sonra evə gələrək 10 yaşlı qızını ölü tapıb. Tanınmaz hala salınmış cəsəd mətbəxdə idi. Onun üzərində çoxsaylı bıçaq xəsarətləri və yanıq izləri var idi. Hadisə yerinə gələn həkimlər yalnız uşağın öldüyünü müəyyən edə biliblər.
Hüquq-mühafizə orqanları yetkinlik yaşına çatmayan uşağın xüsusi amansızlıqla qətlə yetirilməsi maddəsi ilə cinayət işi açıblar. Cinayət işi Rusiya Federasiyası İstintaq Komitəsinin Saratov İdarəsinin rəhbəri Aleksandr Bastrıkin tərəfindən nəzarətə götürülüb. Şübhələr dərhal mərhum qızın həmin axşam evdə tək olan 14 yaşlı bacısının üzərinə yönəlib.
O, dindirilməyə aparılıb və o, dəhşətli etiraflar edib. 14 yaşlı Milana A. valideynləri evdə olmayan zaman bacısını öldürdüyünü bildirib. O, hadisəni həqiqətən inanılmaz qəddarlıqla törədib: bacısına çoxsaylı bıçaq zərbələri vurub, sonra onun üzərinə spirt töküb və onu yandırıb. Bıçaq zərbələrinin dəqiq sayı ekspertlər tərəfindən müəyyən ediləcək. 14 yaşlı Milana bu cinaəti niyə törədib, o, bu haqda heç nə demir.
Hazırda qız polis şöbəsindədir, daha sonra isə müvəqqəti saxlama təcridxanasına göndəriləcək. Şübhəlinin artıq 14 yaşı var, ona görə də cinayət məsuliyyətinə cəlb oluna bilər.
“Belə bir hadisənin səbəbləri psixoloqlar və digər ixtisaslaşmış mütəxəssislər tərəfindən aydınlaşdırılmalıdır. Qeyd edək ki, qızların ailəsi çox firavan yaşayb, onlar sosial xidmətlərdə qeydiyyatda olmayıblar. Ailənin pula ehtiyacı olmayıb, mənzilləri yaxşı təmirlidir, qızlar “Avrora” məktəbində təhsil alırdılar. Milana orta səviyyədə oxuyub, qiymətləri üç olub. Eyni zamanda, o, müsbət səciyyələndirilib. Müəllimləri onun aqressiv olduğunu müşahidə etməyiblər”, – “KP”nin məqaləsində bildirilir.
Qeyd olunur ki, qızların valideynləri Maksim A. və Yevgeniya boşanıblar: “Qızlar anaları ilə yaşasalar da, ataları onlara maddi dəstək verib və qızları ilə maraqlanıb. Valideynlərin hər ikisi işləyir. İnlar indiyədək heç bir cinayəti törtməyiblər”.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları qəyyumluq orqanlarının hərəkətlərini yoxlayır və onların səhlənkarlığının olub-olmadığını müəyyənləşdirirlər.









