Bəxtiyar Hacıyev buna görə saxlanılıb – Rəsmi

Bəxtiyar Hacıyev buna görə saxlanılıb – Rəsmi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bəxtiyar Hacıyevin saxlanılma səbəbi məlum olub.

DİN-in Mətbuat Xidmətindən   bildirilib ki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün  məhkəməyə göndərilib.

Qeyd edək ki, B.Hacıyev bu gün Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən saxlanılıb. Onun barəsindəki cinayət işinin jurnalist Ülviyyə Alovlu ilə münaqişəsinə görə olduğu bildirilir.