“Beşiktaş” yoldaşlıq oyunu üçün Azərbaycana gələcək

“Beşiktaş” yoldaşlıq oyunu üçün Azərbaycana gələcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin “Beşiktaş” klubu Azərbaycana gələcək.

Tribuna.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.

Bildirilir ki, İstanbul nəhəngi zəlzələ qurbanlarına yardım üçün 2 ölkədə dostluq matçı keçirməyi düşünür. Almaniyada “Borussiya” (Münhenqladbax) və “Leytspiq”lə yoldaşlıq görüşü oynayacaq “qara qartal” daha sonra Azərbaycana gələcək.

Amma onların hansı klubumuzla dostluq oyunu keçirəcəyi bəlli deyil.