Belarusda Nobel mükafatı laureatına 10 il həbs cəzası verilib

Belarusda Nobel mükafatı laureatına 10 il həbs cəzası verilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Minsk məhkəməsi bu gün Nobel mükafatı laureatı Ales Belyatski 10 il müddətinə azadlıqdan məhrum edilib.

Tribuna.az xəbər verir ki, bu barədə “Belta” agentliyi məlumat yayıb.

Nobel mükafatı laureatı Ales Belyatski ilə birlikdə, “Vesna” hüquq müdafiə təşkilatının üzvləri – Valiantsin Stefanoviç, Vladimir Labkoviç və Dmitri Solovyev barəsində də hökm çıxarılıb. Valiantsin Stefanoviç 9 il, Vladimir Labkoviç isə 7 il həbs cəzası alıb. Hazırda xaricdə olan Dmitri Solovyev isə 8 il həbs cəzası alıb.

Onlar vergidən yayınmaqda ittiham olunublar.