İtaliyanın baş naziri Georgia Meloni indiyə qədər başqa dövlətlərin rəhbərlərindən və rəsmilərindən aldığı hədiyyələri satışa çıxarmağa hazırlaşır.
Tribuna.az xəbər verir ki, həmin əşyaların toplam sayı 270 ədəddir.
Onların arasında mavi rəngli pencək, qızıl dabanlı ayaqqabı, müxtəlif fiqurlar, çadra, Hindistanın ənənəvi Kerala geyimi, şərab və digər əşya və məhsullar var.
Bu hədiyyələrin Romadakı Bertolami Fine Art mərkəzində satılacağı qərarlaşdırılıb. Meloninin bu satışdan 800 min avro qazanacağı gözlənilir.
Fərda Uğur









