“Bank faizlərində sui-istifadə var. Kredit faizləri 18 faizdən 26 faizə qədər verilir. Dünyada belə bir praktika var, ya yox, bilmirəm. Amma hesab edirəm ki, vətəndaşlar bundan əziyyət çəkir. Problemli kreditlərin artmasının səbələrindən biri də budur”.
Bu sözləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında millət vəkili Azay Quliyev deyib.
“Bilirsiniz ki, bir çox banklar ləğv olundu və o bankların əmanətlərinin yığılması Əmanətlərin Sığortalanması Fonduna həvalə olundu. Keçən günlərdə bir nəfər müraciət edib ki, “NBC Bank”dan 12 min manat kredit götürüb və 25 min manat geri ödəyib. Bundan sonra Əmanətlərin Sığortalanması Fondu əlavə 11 min manat vəsait istəyir. Əgər bank ləğv olunubsa və iki misli ödənibsə, bu məsələ hansısa formada tənzimlənməlidir. Həssas təbəqələr nəzərə alınmalıdır”, – deyə A.Quliyev əlavə edib.









