Bakıda yeniyetmə qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılaraq ölüb

Bakıda yeniyetmə qız yolka quraşdırarkən 6-cı mərtəbədən yıxılaraq ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonunda 12 yaşlı qız bədbəxt hadisə nəticəsində ölüb.

Tribuna.az  APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsi ev 26-da qeydə alınıb.

Belə ki, 2010-cu il təvəllüdlü Mirzəzadə Fərəh Vüqar qızı yaşadığı binanın 6-cı mərtəbəsində yerləşən mənzildə yeni il üçün dekorasiya qururmuş.Həmin vaxt o, pəncərədən yıxılıb.

O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı hüquq mühafizə orqanın əməkdaşları tərəfindən araşdırma aparılır.