Bakıda qadın sərnişinlərə qeyri-etik təklif edən 29 taksi sürücüsü cəzalandırıldı – RƏSMİ

Bakıda qadın sərnişinlərə qeyri-etik təklif edən 29 taksi sürücüsü cəzalandırıldı – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində cari ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.
Bu barədə Tribuna.az-a DİN-in mətbuat xidmətindən bildirilib.Onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Qeyd edək ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.