Bakıda məhkəmədə maraqlı görüntü: “Şortik” və qalstukla gəldi

Bakıda məhkəmədə maraqlı görüntü: “Şortik” və qalstukla gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ağır maddə ilə ittiham olunan Telman adlı təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinə “şortik”də gəlib. 

Bu barədə sosial şəbəkələrdə məlumatlar yer alıb. Yayılan fotoda diqqəti çəkən şəxsin təkcə “şortik” geyinməsi olmayıb, həmçinin bunu qalstukla kombin etməsi olub.

 

İnsanlar təqsirləndirilən şəxsin geyim tərzini sosial şəbəkələrdə müzakirə edib, onun geyimini əlaqələndirməyə çalışıb, gülüş işarəsi qoyublar.

Fotonun hansı dövrü əhatə etməsi məlum deyil. Ancaq təxmin etmək olar ki, yayda çəkilib.

cebhe.info