Bakıda avtobuslar yarışa çıxdı – Video

Bakıda avtobuslar yarışa çıxdı – Video

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda sərnişin avtobuslarını yüksək sürətlə idarə edən sürücülərin görüntüləri yayılıb.

Tribuna.az xəbər verir ki, görüntülərdə onların öz aralarında ötüşdüyü və sərnişinlərin həyatını riskə atdığı qeyd edilib.

Bakı şəhər DYPİ-nin rəsmisi Araz Əsgərli bildirib ki, araşdırma nəticəsində sürücülərin kimliyi müəyyənləşdirilib: “Artıq sürücülərdən biri saxlanılıb və barəsində toplanılmış materiallar Nizami rayon Məhkəməsinə təqdim edilib. Nizami rayon Məhkəməsinin qərarı ilə sürücü 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 500 manat məbləğində cərimə edilib. Hazırda yarışa çıxan digər avtobus sürücüsü barədədə qanun çərçivəsində lazımi təddbir görülməsi üçün toplanmış material məhkəməyə təqdim edilib”.