Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, ölkə ərazisində yağıntılı hava şəraiti davam edir, qar yağır.
Tribuna.az bildirir ki, qarın yağması ölkə ərazisində nəqliyyatın hərəkətini iflic edib.
Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılır. İnsanlar ictimai nəqliyyatın olmamağından, avtobusların gecikməyindən, yolların buz bağlamasından şikayətlənirlər.
Hərəkətin çətinləşdiyi ərazilərdən biri də Bakı-Sumqayıt yoludur. Bakupost.az –ın məlumatına görə, yol buz bağlayıb.Hazırda sürücülər ehtiyatla hərəkət edirlər.
.









