Bakı Apellyasiya Məhkəməsinin 3 hakimi vəzifəsindən azad edilir.
Dəyişikliklə aşağıdakı şəxslər Bakı Apellyasiya Məhkəməsinin hakimi vəsifəsindən azad edilir:
– Kərimli İlham Əziz oğlu;
– Qasımov Faiq Adil oğlu;
– Məhərrəmova Şeyda Ədalət qızı.
Qanuna dəyişiklik layihəsi Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə parlamentin plenar iclasına tövsiyə olunub.









