MHP sədri Dövlət Baxçalı İsrail təhlükəsizlik qüvvələrinin Məscidül-Əqsada fələstinlilərə qarşı silahlı müdaxiləsinə sərt reaksiya verib.
Tribuna.az Hürriyet-ə istinadən xəbər verir ki, Baxçalı, “Məscidül-Əqsaya edilən basqın, oraya sığınan və ibadət edən din qardaşlarımıza şiddətli müdaxilə, insan və inanc hüquqlarına məhəl qoymadan müqəddəs məkanlarımıza ağır və vəhşicəsinə hücum çox təhlükəli hadisələrdir” deyib.
Qeyd edək ki, İsrail təhlükəsizlik qüvvələri dünən gecə Şərqi Qüdsdəki Məscidül-Əqsaya basqın edərək, Qiblə məscidinə sığınanlara səs bombası, rezin üzlüklü güllələrlə müdaxilə edib. Çox sayda fələstinli saxlanılıb.









