Bacısının ölümünə dözməyən qardaş intihar etdi – Bakıda dəhşət

Bacısının ölümünə dözməyən qardaş intihar etdi – Bakıda dəhşət

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda evdən iki meyit tapılıb.

Tribuna.az APA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayon ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.
Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.
Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.
Faktla bağlı araşdırma aparılır.