“AZƏRPOÇT” 2022-NİN MƏNFƏƏTLİ QURUMU OLDU… VƏTƏNDAŞLAR, POÇT İŞÇİLƏRİ MMC-Nİ YIXIB SÜRÜDÜ… – FOTO

“AZƏRPOÇT” 2022-NİN MƏNFƏƏTLİ QURUMU OLDU… VƏTƏNDAŞLAR, POÇT İŞÇİLƏRİ MMC-Nİ YIXIB SÜRÜDÜ… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərpoçt” MMC 2022-ci ildə mənfəətli qurum statusunu alıb. Bu barədə MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov müsahibəsində məlumat verib.

Tribuna.az xəbər verir ki, MMC-nin mənfəətli qurum statusu adını alması gülüş obyektinə çevrilib, ikrah hissi yaradıb. Vətəndaşlar, poçt işçiləri Ə.Cəlilovun sosial şəbəkədə paylaşılan müsahibəsinə lağ edib, mənfəəti işçilərdən kəsilən maaşlar hesabına qazandığını yazıblar.
Müsahibəyə yazılan şərhlərdən diqqətçəkənlərini təqdim edirik:
Hacılı Tural: “Kitaydan 1 manata gələn mala 1,4 manat risum alanda mənfəətli olacaq da”.
Elqar Əli: “Başqa hansı ölkədə poçt qəbul edən şəxs pul ödəyir”.
Əsəd Şax: “Olacaq da. Hər şeyi adam özü yığır, bağlayır, qablaşdırır. Ancaq yalandan pul alırlar paketləməyə görə. Qınamıram, maaşları qəpik-quruşdur. 270-280 manat”.
Rəşad Zakirov: “Bizdə heç bir qurum ziyanla işləyə bilməz. Çünki millətin dərisini soyurlar”.
Rəsul Hacıyev: “İşçiləri havayı işlədəndə mənfəətli olar da, 270 manat nədir ki”.
Rəşad Əliyev: “270 manata işləyir əməkdaşlar. O mənfəətinizdən, zəhmət olmasa, maaşlara da yönəldin, möhtərəm başbilənlər”.
Səbuhi Novruzov: “Ölkədaxili 100 manata 2 manat faiz alırlar. Necə olmalı idi ki?”.

Tribuna.az