Azərbaycanın mövqeyi dəyişmədi, Türkiyə irəlilədi – UEFA reytinqi

Azərbaycanın mövqeyi dəyişmədi, Türkiyə irəlilədi – UEFA reytinqi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avrokuboklarda qrup mərhələsinin 5-ci turunun oyunlarından sonra UEFA reytinqi açıqlanıb. 

TİA.Az xəbər verir ki, Azərbaycanın UEFA reytinqində 2022/2023 mövsümü üçün xal ehtiyatı və mövqeyi dəyişməyib. Ölkəmiz 15.875 xalla 29-cu pillədə qərarlaşıb. “Qarabağ” dünən Avroliqanın qrup mərhələsinin 5-ci turunda səfərdə “Nant”a uduzduğu (1:2) üçün xal ehtiyatımız eyni qalıb.

Türkiyə daha bir pillə irəliləyib. Çexiyanı arxada qoyan qonşularımız 13-cü yerə yüksəlib.

Qeyd edək ki, 28-ci yerdəki Polşanın 17,750 xalı var.

Əlavə edək ki, siyahıya 99, 998 xalla İngiltərə başçılıq edir.