Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli oldu

Azərbaycanı dünya çempionatında təmsil edəcək bütün şahmatçılar bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

TİA.AZ xəbər verir ki,  Aydın Süleymanlı, Qədir Hüseynov, Vüqar Əsədli və Rauf Məmmədov rapid üzrə yığmanın heyətində mundialda iştirak edəcəklər.

AŞF-in təşkil etdiyi seçim turnirinin nəticələrinə əsasən, Süleymanlı qalib olub. Hüseynov ikinci yeri tutub. Əsədli və Məmmədov isə yarışı 3-4-cü yerlərdə başa vurub.

Qeyd edək ki, Şəhriyar Məmmədyarovla Teymur Rəcəbov da 19 – 26 noyabrda keçiriləcək dünya çempionatında millinin şərəfini qoruyacaq.