Baş Prokurorluq Abşeron rayonu, Masazır qəsəbəsində yeni doğulan körpə valideyni tərəfindən küçəyə atılması barədə açıqlama verib.
Qurumun Mətbuat xidmətindən bildirilib ki, qeyd olunan faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.
09:16
Masazırda yolun kənarında körpə meyiti tapılıb.
Tribuna.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Hadisə şahidləri bildirib ki, yenidoğulmuş körpə maşınların sürətlə irəlilədiyi yolun kənarında aşkarlanıb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda araşdırma aparılır.









