Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

Azərbaycan və Tacikistan ətraf mühitin mühafizəsi sahəsində fikir mübadiləsi aparıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

COP31 çərçivəsində Antalyada ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov Tacikistan Respublikası Hökuməti yanında Ətraf Mühitin Mühafizəsi Komitəsinin sədri Bahodur Şeralizoda ilə görüşüb.

Bu barədə Tribuna.az -a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə ətraf mühitin mühafizəsi, meşələrin bərpası, iqlim fəaliyyəti mövzuları müzakirə olunub.

Eyni zamanda, Azərbaycanda yeni milli parkların yaradılması və bu istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan prioritet tədbirlər barədə Tacikistan tərəfinə məlumat verilib.