Kreml ABŞ-ın Donbas təklifini şərh etməkdən imtina etdi

Kreml ABŞ-ın Donbas təklifini şərh etməkdən imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tribuna.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya hakimiyyəti ABŞ-ın Donbas bölgəsində sərhədlərin mövcud döyüş xətti üzrə müəyyənləşdirilməsi təklifi ilə bağlı yayılan məlumatları şərh etməkdən imtina edib.

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin bu barədə sualını cavablandırarkən qəzet yazılarını şərh etmək niyyətində olmadığını bildirib.

“İstəyirsiniz ki, qəzet məqalələrini şərh edim? Xeyr, bunu etməyəcəyəm”, – deyə Peskov bildirib.

Məlumata görə, sözügedən təklif ABŞ-ın Rusiya ilə Ukrayna arasında mümkün sülh razılaşması çərçivəsində Donbasın sərhədlərinin hazırkı cəbhə xəttinə uyğun müəyyənləşdirilməsi təşəbbüsü ilə bağlıdır. Lakin bu təklifin rəsmi şəkildə təqdim edildiyi və Moskva tərəfindən qəbul olunduğu təsdiqlənməyib.

Xatırladaq ki, noyabrın 10-11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə Ukrayna, ABŞ və Rusiya nümayəndə heyətləri arasında üçtərəfli danışıqlar keçirilib.

Görüşlərdə ərazi məsələləri, Ukraynaya təhlükəsizlik təminatları, atəşkəs və hərbi əsirlərin mübadiləsi müzakirə olunub. Tərəflər müharibənin dayandırılması ilə bağlı yekun razılığa gələ bilməyiblər.

Əsas fikir ayrılıqlarının ərazi tələbləri və Ukraynanın gələcək təhlükəsizlik təminatları ilə bağlı olduğu bildirilir.